Şöbə
- Buynuz qişanın cərrahiyyəsi və transplantasiya bölməsi
Təhsili
- 1998-2004- Azərbaycan Tibb Universiteti
- 2004-2005- Akademik Zərifə Əliyeva adına ETGXT internatura
- 03.01.2006- 29.12. 2007 “ Caspian Compassion Project” klinikasında həkim-rezident
- 2006-2008- Xəzər Qayğıkeşlik Lahiyəsi rezidentura
- 2008- “Pediatrik oftalmologiya və çəpgözlük” uzun müddətli kurs (fellowship) CEİTC, Banqladeş
- 2011- “Pediatrik oftalmologiya və çəpgözlük” uzun müddətli kurs (fellowship) SNEC, Singapur
Elmi fəaliyyət
- Elmi mövzularda Gənc oftalmoloqların III konfransında (Bakı, 2009 il), akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi-praktik konfransda (Bakı, 2010), Gənc oftalmoloqların V konfransında (Bakı, 2011), akademik Zərifə Əliyevanın xatirəsinə həsr olunmuş elmi-praktik konfransda (Bakı, 2012), Gənc oftalmoloqların VI konfransında (Bakı, 2012), akademik Zərifə Əliyevanın 90 illik yubileyinə həsr olunmuş elmi-praktik konfrans (Bakı, 2013), V Ümumdünya Qlaukoma Konqresində (WGC 2013, Vankuver, Kanada), Türk Oftalmoloji Dərnəyinin 47. Toplantısında (Antalya 2013), Amerika Oftalmoloqlar Akademiyasının konfransında (Nyu-Orleans, 2013), Dünya Oftalmoloqlarının Konqresində (Tokio, 2014), Avropa Katarakta və Refraktiv Cərrahlarının 32-ci Konqresində (London, 2014), Dünya Pediatrik Oftalmologiya və Çəplik Cəmiyyətinin III Konqresində (Barselona, 2015) kimi kongreslərdə məruzə etmişdir.
- Patentlər:
- Kombinə olunmuş trabekulotomiya-trabekulektomiya və subkonyunktival Ologenin implantasiyası əməliyyatı Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) rəsmi səhifəsində www.clinicaltrials.gov NCT02121171 nömrəsi altında qeydiyyatdan keçib və 31.10.2016 tarixində Avrasiya Patenti ilə təsdiqlənib – N201400013.
- Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının 29 Dekabr 2017-ci il tarixili qərarı ilə tibb üzrə fəlsəfə doktoru elmi dərəcəsi almışdır.
İş fəaliyyəti
- 02.09.2008-ci il tarixindən Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində həkim-oftalmoloq vəzifəsində çalışır. Həmin tarixdən indiyə kimi çoxsaylı müxtəlif növ pediatrik kataraktaların, anadangəlmə və ikincili qlaukomaların, çəpliklərin, travmaların cərrahiyyəsini və müxtəlif patologiyaların terapevtik müalicəsini aparmışdır.
İxtisaslaşma: “Uşaqlarda katarakta, qlaukoma, çəplik cərrahiyyəsi” və “ Uşaqlarda görmə orqanının travmaları” üzrə mütəxəssis