Təhsil
1996-2002-ci illərdə Azərbaycan Tibb Universitetinin Müalicə profilaktika fakültəsini bitirmişdir.
2002-ci ildə Türkiyənin İzmir şəhərində Dokuz Eylül Universitetində Göz Xəstəlikləri şöbəsində uzmanlığa təhsilinə başlamışdır.
Haqqında
Uzm. Dr. Elşən İbrahimov – Oftalmoloq.
Göz xəstəlikləri ilə əlaqədar bir çox cərrahi əməliyyatlar (Kataraktanın ən müasir üsulla FAKO emulsifikasiya ilə cərrahiyyəsi və lenslərin implantasiyası, anadangəlmə və qazanılma qlaukomaların müasir metodlarla müalicəsi və cərrahiyyəsi, uşaqlarda və böyüklərdə çəpgözlük, paralitik çəpgözlüklərin botoks və cərrahiyyə üsulu ilə müalicəsi, eksimer lazer 45 saniyəyə eynəklərə son, keratokonusların rinqlərlə korreksiyası, yüksək dərəcəli miopiyaların Fakik lenslərlə korreksiyası, torlu qişanın qopmasının cərrahiyyəsi, vitrektamiya əməliyyatları, göz qapaqlarının estetik cərrahiyyəsi, ptoz, ektropion, entropion cərrahi əməliyyatları) həyata keçirir.
Üzvlük:
Türkiyə Cümhuriyyəti Oftalmoloji Cəmiyyətin üzvüdür.
Bir çox seminar, konfranslarda və s. fəal iştirak edir.
2009-cu ildən etibarən Mərkəzi Neftçilər Xəstəxanasında Oftalmoloji şöbəsinin müdiri vəzifəsində çalışır.
© 2024. Bütün müəllif hüquqları qorunur.