Şöbə
- Buynuz qişanın cərrahiyyəsi və transplantasiya bölməsi
Təhsili
- 1984-1994 - № 258 orta məktəb, Bakı / Azərbaycan.
- 1994-2000 - Azərbaycan Tibb İnstitutu, Bakı / Azərbaycan.
- 2002-2003 - İnternatura, № 1 Klinik xəstəxanası. Bakı / Azərbaycan.
- 2003-2006 - Rezidentura, Caspian Compassion Project (CCP), Bakı / Azərbaycan.
- 01.11.06-01.05.07 - Qlaukoma üzrə uzunmüddətli kurs, Chittagong Eye Infirmary and Training Complex (CEITC). Chittagong/Bangladesh.
- 07.07.07-30.09.08 - Buynuz qişa və ön seqment uzunmüddətli kurs, Islamia Eye Hospital (IEH) Dhaka/Bangladesh; LV Prasad Eye Institute (LVPEI), Hyderabad/India.
- 01.03.11-01.04.11 - Buynuz qişa və refraksion cərrahiyyəs qısa kursu - Singapore National Eye Center (Singapore).
Elmi fəaliyyət
İş fəaliyyəti
- 01.05.07 tarixindən indiyədək Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində işləyir.
- 2008-ci ildə Azərbaycanda ilk dəfə anadangəlmə qlaukomanın müalicəsində daha effektiv “Trabekulotomiya ilə birlikdə trabekulektomiya” cərrahi texnikasını təqdim etmişdir.
- 2009-cu ildə Azərbaycanda və MDB məkanında ilk dəfə tikişsiz buynuz qişanın transplantasiyası əməliyyatını (DSEK, DSAEK) keçirtmişdir.
- 2010-cu ildə Azərbaycanda ilk dəfə açıq bucaqlı qlaukomanın müalicəsində daha effektiv “Express Shunt Glaucoma implant” implantasiya cərrahi texnikasını təqdim etmişdir.
- 2011-ci ildə MDB-də ilk dəfə açıq bucaqlı qlaukomanın müalicəsində Trabekulektomiya əməliyyatına alternativ olan "Glaucolight mikrakateter" vasitəsi ilə “Kanaloplastika” əməliyyatını təqdim etmişdir. 2013-cü ildə Azərbaycanda və MDB məkanında ilk dəfə olaraq keratotransplantın tutmamazdıq yüksək risk olan gözlərdə “Boston keratoprosthesis type 1” süni buynuz qişanın implantasiyasını keçirtmişdir.
- Türk Oftalmologiya Dərnəyinin, Amerika və Avropa Katarakta və Refraktif Cərrahiyyə Birliyinin, eləcə də Avropa Qlaukomatoloqları Birliyin üzvüdür.
- Azərbaycan, Türkiyə, Avropa və Amerikada keçirilən konfranslarda fəal iştirak edir.
- Onun məqalələri Oftalmologiya (Azərbaycan), American Journal of Ophthalmology (ABŞ), Qlaukoma News (Rusiya), Euro Times (Avropa) jurnallarında nəşr edilmişdir.
İxtisaslaşma: Buynuz qişanın patologiyası, qlaukoma, katarakta, göz zədəsı və fraksion patologiyasınin cərrahiyası və müalicəsi.