Kərimov Kərəm Təbriz oğlu

Katarakta cərrahiyyəsi

Həkim-oftalmoloq, bölmə rəhbəri, t.ü.e.d, professor

Şöbə Katarakta cərrahiyyəsi şöbəsi

Kərimov Kərəm Təbriz oğlu 1947-ci ildə Zəngəzur mahalında müəllim ailəsində anadan olmuşdur. 1965-ci ildə orta məktəbi qızıl medal ilə bitirmiş, 1965-1967-ci illərdə Neft Kimya ve Politexnik institutlarında oxumuş, 1968-ci ildə Tibb institutuna daxil olmuş və 1974-cü ildə bitirmişdir. 1974-1975-ci illərdə Oftalmologiya institutunda internatura keçmiş və 1975-1977-ci illərdə Naxçıvan göz xəstəxanasında həkim-oftalmoloq işləmişdir.

1977-1979-cu illərdə Oftalmologiya institutunda klinik ordinatura keçdikdən sonra 1979-cu ildə bu instituta elmi işçi vəzifəsinə qəbul olunmuş və sonradan ardıcıl şəkildə həmin institutun təşkilati-metodik, qlaukoma, gözün mikrocərrahiyyəsi şöbələrinin müdiri vəzifəsində işləmişdir. 1986-ci ilde Əlillərin Reabilitasiya Mərkəzini yaratmış və rəhbəri olmuşdur.

K.T.Kərimov 1998-ci ildən 2005-ci ilin noyabr ayınа kimi Zərifə Əliyeva adına Azərbaycan Elmi-Tədqiqat Göz Xəstəlikləri institutunun direktoru vəzifəsində çalışmış və Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin baş oftalmoloqu olmuşdur.

1981-1997-ci illərdə K.T.Kərimov Moskva “Gözün mikrocərra­hiyyəsi” elmi-tədqiqat kompleksində aspirantura və doktoranturanı bitirdikdən sonra 1985-ci ildə tibb elmləri namizədliyi, 1997-ci ildə isə tibb elmləri doktorluğu dissertasiyalarını müdafiə etmiş və 2003-cü ildə professor elmi rütbəsinə layiq görülmüşdür.

2000-2002-ci illərdə K.T.Kərimov Azərbaycanda Eksimer və Fako lazer mərkəzlərini yaratmış və hazırda bu mərkəzlərə rəhbərlik edir. İşlədiyi 30 il ərzində 20 minə qədər cərrahi əməliyyat aparmış, 100 mindən çox xəstəyə tibbi xidmət və köməklik göstermişdir. Dünyanın 20-dən artıq dövlətində elmi toplantılarda iştirak etmiş və xaricdə onlarla məqaləsi çap olunmuşdur.

Professor K.T.Kərimov 280-dan artıq elmi məqalənin, о cümlədən 6 monoqrafiyanın, 30 metodik tövsiyənin və 2 ixtiranın müəllifidir. Onun rəhbərliyi altında 19 namizədlik və 3 doktorluq dissertasiyası müdafiə olunub. Hal-hazırda 13 namizədlik, 2 doktorluq dissertasiyalarının elmi rəhbəridir.

Professor К.T.Kərimov respublikanın ictimai hayatında göstərdiyi fəaliyyətinə görə “İti qələm”, “Azərbaycan həqiqətləri”, “Vətən andı”, “İlin xeyirxah həkimi”, «Azərbaycan bayrağı” və “Akademik Zərifə Əliyeva” adına fəxri diplomlarına layiq görülmüşdür. 2000-2003-cü illərdə Səhiyyə Nazirliyinin fəxri fərmanları ilə təltif edilmişdir. Respublika “Bilik” Maarifçilik, Mədəniyyət və İnformasiya Mərkəzi professor K.T.Kərimovun maarifçilik xidmətini nəzəra alaraq onu “Akademik Y.Məmmədəliyev” adına medalla təltif etmişdir.

Ailəlidir, iki övladı var.

Niyə Biz?

Qlobal keyfiyyət standartlarına tam uyğun olaraq hazırlanan müasir və əlverişli dərmanlar təmin edərək, insan sağlamlığının və rifahının artırılmasına sadiqik. Biz xəstələrin ödənilməmiş tibbi ehtiyaclarını həll etmək və səhmdarlar üçün üstün nəticələr vermək üçün əsas imkanlarımızı təkmilləşdirməyə çalışırıq. Vizyonumuz Biz tədqiqat və inkişaf qabiliyyətlərinin gücləndirilməsi, tərəfdaşlıq yaratmaq və dünyanın mövcudluğunu yaratmaq üçün regionda ən etibarlı, heyran və müvəffəqiyyətli dərman şirkətlərindən biri olacağıq. Əsas dəyərlər Bizim əsas dəyərlərimiz kim olduğumuzu müəyyənləşdirir; bizi qərarlar qəbul etməyə yönəldir və fərdi və korporativ arzularımızı həyata keçirir. Keyfiyyətə bağlılıq Məhsullarımızın ən keyfiyyətli standartlarını təmin etmək üçün bütün əməliyyatlarda ən yaxşı sənaye təcrübəsini qəbul edirik. Müştəri məmnuniyyəti Biz həm daxili, həm də xarici müştərilərimizin ehtiyaclarını təmin etməyə borcluyuq. İnsanlar odur Biz çalışanlarımızın imkanlarını artırmaqda üstünlük veririk və onların potensialını həyata keçirmək üçün onlara imkan veririk. Hesabatlılıq Biz etdiyimiz hər şeydə şəffaflığı təşviq edirik və ən yüksək etik standartlara riayət edirik. Biz öz hərəkətlərimizə görə məsuliyyət daşıyırıq və korporativ nüfuzunun qorunması üçün məsuliyyət daşıyırıq. Korporativ Sosial Məsuliyyət Cəmiyyətimizə fayda gətirən və xalqımızın rifahına xidmət edən təşəbbüslərdə fəal iştirak edirik. Təhlükəsizlik və ətraf mühit üçün yüksək qayğı ilə əməliyyatları idarə etməkdə böyük diqqət edirik.

Haqqımızda

Son məlumatlar

Bizimlə əlaqə

Oskar Əfəndiyev 110 - Ariana Business Park

Sosial şəbəkədə biz

Facebook
Twitter
YouTube
Google plus