AugenStock Lotopred plus - steril oftalmoloji suspenziya, göz damcısı
Loteprednol Etabonate + Tobramycin
Loteprednol kortikosteroid olaraq lipokortinlər adlanan fosfolipaz A2 inhibitor zülallarını induksiya etməklə təsir edir. Bu zülallar prostaqlandinlər və leykotreinler kimi iltihabın güclü mediatorlarının sələfi olan araxidon turşusunun sərbəst buraxılmasını inhibə edərək, onların biosintezinə idarə edirlər. Tobramisin aminoglikozid qrupuna aid antibakterial dərman vasitəsidir. O, protein sintezini tormozlayaraq bakteriyanın böyüməsinin qarşısını alır.
İstifadəsinə göstərişlər
AugenStock Lotopred – Plus oftalmoloji suspenziya, səthi bakterial okulyar infeksiyası riski və ya səthi bakterial okulyar infeksiya olduğu zaman, kortikosteroidlər təyin edilən steroidə həssas iltihabi oulyar xəstəliklərdə təyin edilir. Postoperatif iltihabda da təsirli olur.
© 2025. Bütün müəllif hüquqları qorunur.