AugenStock Neopred Steril Oftalmik Emulsiya
Difluprednat
Kortikosteroidlər müxtəlifagentlərə qarşıiltihabı cavabın qarşısını alırlar vəsağalmanı gecikdirir və ya ləngidirlər. İltihabla bağlı övrə, fibrinin çökməsi, kapilyar dilatasiyası, leykosit miqrasiyası, kapilyar proliferasiyası, fibroblast proliferasiyası, kollagenin çökməsi və yara çapıqlarınınyaranmasının qarşısını alırlar. Okulyar kortikosteroidlərin təsir mexanizminin ümumi qəbul edilmiş izahı yoxdur. Hesab olunur ki, kortikosteroidlər lipokortinlər adlanan fosfolipaza A2 inhibitor proteinlərini induksiya edməklə təsir edirlər. Bu zülallar prostaqandinlər və leykotrienlər kimi iltihabın güclü mediatorlarının sələfi olan araxidon turşusunun sərbəst buraxılmasını inhibə ederək, onların biosintezini idarə edirlər. Araxidon turşusu fosfolipaz A2 vasitəsilə membran fosfolipidlərindən azad edilir. Difluprednat digər kortikosteroidlərə quruluşca oxşardır.
Farmakokinetikası
Difluprednat in vivo deasetilizasiyaya məruz qalır və difluprednatın aktivmetaboliti olan 6a,9-difluoroprednisolon 17-butirata (DFB) çevrilir.
Difluprednatın klinik farmakokinetik tədqiqatları, 7 gün ərzində gündə iki dəfə 2 damcı difluprednat (0.01% və ya 0.05%) tekrarən gözədamcıladıqdan sonra, qandaki DFB səviyyəsi her zaman bütün subyektlərdə miqdarı qiymətləndirmə həddindən (50 ng /ml) altında olduğunu gösterdi. Bu, AuqenŞtok Neopredinin okulyar instilasiyasınnan sonra difluprednatın sistem absorbsiyasının məhdud olduğunu göstərir
İstifadəsinə göstərişlər
Göz əməliyyatları ilə əlaqəli ağrı və iltihabın müalicəsi.
Uveit,blefarit, göz səthi xəstəlikləri,buynuz qişasının iltihabı.
© 2025. Bütün müəllif hüquqları qorunur.