AugenStock Nevan - göz damcısı
Nepafenac
Nepafenak qeyri-steroid iltihabəleyhinə pro-dərman vasitəsidir (QSİƏP). Yerli okulyar istifadədən sonra nepafenak buynuz qişaya nüfuz edir və okulyar toxuma hidrolazaları ilə amfenaka - qeyri-steroid iltihabəleyhinə preparata çevrilir. Amfenak prostaqlandin sintezi üçün lazım olan siklooksigenaza fermentinin təsirini zəiflədir.
İstifadəsinə göstərişlər
Katarakta əməliyyatı ilə əlaqəli ağrı və iltihabın profilaktikası və müalicəsi.
Diabetik xəstələrdə katarakta əməliyyatı ilə əlaqədar postoperativ makulyar ödem riskinin azaldılması.
© 2024. Bütün müəllif hüquqları qorunur.