AugenStock Optimox XG Steril Oftalmik geli
Moksifloksasin
Farmakoloji xüsusiyyətləri
Moksifloksasin – IV nəsil flüorxinolon qrupuna aid antibakterial preparatdır, bakterisid təsirə malikdir. Geniş spektrli qrammüsbət ( Corynebacterium species, Micrococcus luteus, Staphylococcus aureus, Staphylococcus epidermidis, Staphylococcus haemolyticus, Staphylococcus hominis, Staphylococcus warneri, Streptococcus pneumoniae, Streptococcus viridans ) və qrammənfi mikroorqanizmlərə ( Acinetobacter iwoffi, Haemophilus influenzae Haemophilus parainfluenzae ), anaeroblara, turşuyadavamlı və atipik bakteriyalara münasibətdə aktivlik göstərir. Antibakterial aktivliyinin təsir mexanizmi topoizomeraza II-ni (DNT-giraza) və topoizomeraza IV-ü inhibə etməsindən ibarətdir.
İstifadəsinə göstərişlər
Moksifloksasinə həssas mikroorqanizmlər tərəfindən törədilən bakterial konyunktivit .
© 2024. Bütün müəllif hüquqları qorunur.