AugenStock Trophen Steril Göz Damcısı
AugenStock Trophen Steril Göz Damcısı - Hər 1 ml məhlulda 8 mq Tropicamide və 50 mq Fenylephrine Hydrochloride vardır.
AugenStock Trophen steril göz damcısı Tropikamid və Fenilefrine Hidroxlorid birləşməsidir.
Tropicamide irisin sfinkter əzələsini iflic edərək bəbəyin dilatasiyasına səbəb olan antixolinergik agentdir. Eyni zamanda siliar əzələni də iflic edərək akkomadasiyanın itirilməsinə gətirib çıxardır.
Fenilefrine Hidroxlorid özünün sikloplegiyaya səbəb olmadan vazokonstriktor və midriatik təsiri səbəbiylə yerli okulyar xəstəliklərdə istifadə edilən alfa reseptorunun simpatik agonistidir.
İstifadəsinə göstərişlər
AugenStock Trophen steril göz damcısı midriatik kimi preoperativ və postoperativ hallarda, gözün müayinəsi zamanı (məs.,oftalmoskopiya), yarıq-lampa müayinəsi, retinal fotoqrafiya, lazer müalicəsi və ya ön üveitin müalicəsində əlavə yanaşma kimi istifadə edilir. Həmçinin qlaukoma zamanı gözdaxili təzyiqin müvəqqəti azaldılması üçün də istifadə edilə bilər.
© 2024. Bütün müəllif hüquqları qorunur.