AugenStock Zyromax Steril Oftalmik məhlulu
Azitromisin Dihidrat USP
AugenStock Zyromax Steril Oftalmik məhlulu: Hər 1 ml məhlul 10 mq Azitromisinə ekvivalent Azitromisin Dihidratdan ibarətdir.
Azitromisin makrolid antibiotikdir. Həssas mikroorqanizmlərin 50S ribosomal alt hissəciyinə bağlanaraq mikrobial protein sintezinə müdaxilə edir. Haemophilus influenzae, Staphylococcus aureus, Streptococcus mitis group & Streptococcus pneumoniee kimi patogenlərin əksəriyyətinə qarşı effektiv təsir göstərir.
AugenStock Zyromax eyni zamanda Chlamydia pneumoniae, Chlamydia trachomatis, Moraxella catarrhalis, Mycoplasma hominis, Mycoplasma pneumoniae & Neisseria gonorrhoeae kimi okulyar patogenlərin əksəriyyətinə qarşı effektiv təsir göstərir.
İstifadəsinə göstərişlər
Augenstock Zyromax Steril Oftalmik məhlulu, gözün ön seqmentinin infeksiyalarının müalicəsi üçün istifadə edilir.
© 2024. Bütün müəllif hüquqları qorunur.