AugenStock Lubricant 0,5% və 0,9% Steril Göz Damlaları
Karboksimetilsellüloza Natrium USP 0,5 % və Qliserin BP 0,9% Göz Məhlulu % (Steril Tibbi Vasitə)
Karboksimetilsellüloza Natrium və Qliserin birləşməsi göz quruluğunun əlamətlərini iki yolla azaldır. Əvvəlcə o, göz almacığının səthini yağlayıcı və nəmləndirici qoruyucu təbəqə ilə təmin edir və sonra, buynuz qişanın müdafiəsini təmin etmək üçün gözyaşı film təbəqəsindən aşağıya təsir göstərir.
İstifadəsinə göstərişlər:
AugenStock Lubricant 0,5% və 0,9% Steril Göz Damlaları gözün quruluğu və ya külək, yaxud günəşə məruz qaldığına görə yanma, acışma və narahtlığa qarşı müvəqqəti rahatladıcı kimi nəzərdə tutulub. Eyni zamanda, AugenStock Lubricant 0,5% və 0,9% Steril Göz Damlaları allergik reaksiyalarda və blefaritdə də istifadə oluna bilər.
© 2024. Bütün müəllif hüquqları qorunur.