AugenStock Toro göz damlası
Ketorolac Trometamin
Ketorolac Tromethamin qeyri-steroid antiinflamatuar dərman (NSAID) olub analgezik və iltihabəleyhinə təsir göstərir. Ketorolak Trometamin prostaglandinlərin biosintezində mühüm rol oynayan siklooksigenaza fermentini inhibə edir. AugenStock Toro gözə topikal yeridilmədən sonra göz daxili mayedə prostoqlandinlərin miqdarını azaldır.
Sistematik olaraq Ketorolac Trometaminin verilməsi göz bəbəklərini daraltmır. Klinik tədqiqatların nəticələrinə əsasən AugenStock Toro göz daxili təzyiqə xüsusi bir təsiri yoxdur.
İstifadəsinə göstərişlər
AugenStock Toro göz damlası katarakt əməliyyatı sonrası xəstələrdə postoperatif iltihabın müalicəsi və profilaktikası üçün istifadə edilir.
AugenStock Toro göz damlasının istifadəsi böyüklər üçün nəzərdə tutulmuşdur.
© 2024. Bütün müəllif hüquqları qorunur.